“Karvan”dan böyük üstünlük
Bakı, 13 iyun , Tsport.az
I Liqada 2024/25 mövsümünün oyunlarını ümumilikdə 64 min 595 tamaşaçı izləyib. 135 matçda orta göstərici 478 nəfər olub.
Tsport.az xəbər verir ki, mövsüm ərzində ən çox izlənən komanda “Karvan” olub. Yevlax təmsilçisinin ev oyunlarında orta hesabla 1950 tamaşaçı iştirak edib. “İmişli” ikinci (823 nəfər), “Mingəçevir” isə üçüncü (787 nəfər) sırada qərarlaşıb.
Ən çox izlənən matçlar “Karvan” – “Qəbələ” görüşləri olub. 8-ci və 24-cü turlarda keçirilən bu oyunları 3000 tamaşaçı izləyib. Bundan əlavə, 5-ci turun “Karvan” – “İmişli”, 7-ci turun “Karvan” – “Cəbrayıl” və 22-ci turun “İmişli” – “Karvan” matçlarında 2500 tamaşaçı qeydə alınıb.
Tamaşaçı sayı üzrə sıralama:
Komanda | Ümumi tamaşaçı | Oyun sayı | Orta tamaşaçı |
---|---|---|---|
Karvan | 27,300 | 14 | 1950 |
İmişli | 11,520 | 14 | 823 |
Mingəçevir | 10,230 | 13 | 787 |
Zaqatala | 6,000 | 13 | 462 |
Qəbələ | 4,180 | 14 | 299 |
Qaradağ Lökbatan | 1,530 | 13 | 118 |
Baku Sporting | 1,400 | 13 | 108 |
MOİK | 1,035 | 14 | 74 |
Cəbrayıl | 680 | 13 | 52 |
Difai | 720 | 14 | 51 |
Cəmi | 64,595 | 135 | 478 |