Dünya Futbolu

“Kayserispor” yeni baş məşqçisini açıqladı

Bakı, 10 oktyabr, Tsport.az

“Kayserispor”, Markus Gisdol ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçisini müəyyən edib.

Tsport.az xəbər verir ki, liqanın ilk 8 turunda qələbə qazana bilməyən sarı-qırmızılılar Radomir Dalović ilə müqavilə imzalayıb. Karadağlı mütəxəssislə mövsüm sonuna qədər, bir illik opsiyonla anlaşma əldə olunub.

Qeyd edək ki, Dalović keçən mövsüm Xorvatiya klubu “Rijeka” ilə həm liqa, həm də kubok çempionluğu qazanmışdı.