“Kayserispor”dan FİFA-nıpn qərarı ilə bağlı aşıqlama
Bakı, 6 oktyabr, Tsport.az
“Zecorner Kayserispor” klubu FIFA tərəfindən üç dövr transfer qadağası aldığına dair yayılan xəbərlərlə bağlı açıqlama yayıb.
Tsport.az xəbər verir ki, keçmiş futbolçuları Silviu Lungun alacaqları ilə bağlı FIFA-ya müraciət etməsi nəticəsində kluba tədbir məqsədli qeydiyyat qadağası qoyulub. Qeyd olunub ki, futbolçuya ödəniş edildikdən sonra bu qərar FIFA tərəfindən ləğv ediləcək.
Açıqlamada həmçinin mediada yayılan xəbərlərin həqiqətə uyğun olmadığı vurğulanıb:
“Mətbuatda klubumuzun 3 dövr transfer qadağası aldığına dair yayılan xəbərləri diqqətlə izləyirik. Keçmiş futbolçumuz Silviu Lung-un alacaqları ilə bağlı məhkəmə qərarının icrası məqsədilə FIFA tərəfindən yalnız müvəqqəti qeydiyyat qadağası tətbiq olunub. Futbolçuya ödəniş edildikdən sonra bu qərar aradan qaldırılacaq.”