Keçmiş dünya ikincisi Jabeur, tennisə ara verdi
Bakı, 17 iyul , Tsport.az
Qadınlar arasında keçmiş dünya reytinqində ikinci yeri tutmuş, 30 yaşlı Tunisli raket Ons Jabeur tennisə ara verdiyini açıqlayıb.
Tsport.az xəbər verir ki , Karyerası boyunca 2 dəfə “Wimbledon” (2022, 2023) və 1 dəfə “US Open” (2022) finalına yüksəlməyi bacaran tunisli tennisçi, bu barədə sosial media hesabından paylaşım edib. O, açıqlamasında bunları deyib:
“Son iki ildir özümü çox sıxıram, zədələrlə mübarizə aparıram və çoxsaylı çətinliklərlə üzləşirəm. Bir müddətdir kortda özümü həqiqətən xoşbəxt hiss etmirəm.”
Tennisin çox gözəl bir idman növü olduğunu vurğulayan Jabeur sözlərinə belə davam edib:
“Amma hazırda bir addım geri çəkilməyin və nəhayət, özümü ön plana qoymağın zamanıdır. Nəfəs almaq, sağalmaq və sadəcə yaşamağın sevincini yenidən kəşf etmək istəyirəm. Anlayış göstərdikləri üçün bütün azarkeşlərimə təşəkkür edirəm.”
Aytac Mustafayeva