Keçmiş ulduz, yeni həyat – Robinho həbsxanada hansı işlərlə məşğuldur?
Bakı, 24 mart, Tsport.az
Braziliya millisinin keçmiş futbolçusu Robinho həbsxanada müxtəlif işlərlə məşğul olur.
Tsport.az xəbər verir ki, o, televiziya və radio avadanlıqlarını təmir etməklə yanaşı, həbsxananın bağçasına da qulluq edir.
Robinho idmandan da uzaq qalmayıb və 10 təlim modulunu uğurla tamamlayıb. Həmçinin həbsxanadakı digər məhbuslarla yaxşı münasibət saxladığı və oxu klubunun üzvü olduğu bildirilir.
Futbolçu karyerası ərzində Braziliya millisində 100 oyun keçirib, iki dəfə dünya çempionatında iştirak edib və Amerika Kuboku (2007), eləcə də Konfederasiyalar Kubokunun (2005, 2009) qalibi olub.
Xatırladaq ki, Robinho 2024-cü ildə 22 yaşlı qadına təcavüz ittihamı ilə həbs olunub və 9 il azadlıqdan məhrum edilib.