Kenan Yıldızdan üzr açıqlaması!
Bakı, 28 aprel, Tsport.az
Kenan Yıldız, “Juventus”un ”Monza “ilə qarşılaşdığı oyunun 45+3-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı. Bu oyundan sonra Kenan azarkeşlərdən üzr istədi.
Tsport.az xəbər verir ki , Türkiyə millisinin futbolçusu sosial media hesabında paylaşım edərək belə yazdı:
“Dünən axşam meydanda yaşananlar səbəbindən dərin kədər hissi keçirirəm. Rəqibimə vurmaq kimi bir niyyətim yox idi və ondan üzr istəyirəm. Bu hərəkətin mənim əsl niyyətlərimi aşan bir hərəkət olduğunu, təbiətimi və futbola baxış tərzimi əks etdirmədiyini aydınlaşdırmaq istəyirəm. Yaşananlar üçün komanda yoldaşlarımdan, baş məşqçimdən, texniki heyətdən, klubdan və azarkeşlərdən bir daha üzr istəmək və bu çətin vəziyyətdə belə davam edən dəstəkləri üçün onlara təşəkkür etmək istəyirəm.” ifadələrini işlətdi.
Aytac Mustafayeva