Kepa Arrizabalaga rəsmi olaraq “Arsenal”da
Bakı, 1 iyul , Tsport.az
“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirib. London klubu Kepa Arrizabalaganın transferini rəsmən açıqlayıb.
Tsport.az xəbər verir ki, 31 yaşlı ispaniyalı qolkiper ilə müqavilə imzalanıb. Lakin müqavilənin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
Kepa son olaraq “Chelsea”yə məxsus idi. O, ötən mövsümü icarə əsasında “Bournemouth” klubunda keçirib.
“Arsenal” yeni mövsüm öncəsi heyətini təcrübəli qolkiperlə möhkəmləndirib.