-->
Dünya Futbolu

Keremə Portuqaliyada tərif dolu sözlər! “Cibindən sehr nömrələri çıxarır”

Bakı, 28 aprel, Tsport.az

Portuqaliya Super Liqasının 31-ci turunda “Benfica”evində “AVS Futebol SAD “ komandasını qəbul etdi. “Benfica”, qarşılaşmadan 6-0-lıq qələbə ilə ayrıldı.

Tsport.az xəbər verir ki , matça damğa vuran ad isə Kerem Aktürkoğlu oldu. Türkiyə millisinin ulduzu 1 qol və 1 assistlik çıxışı ilə oyunun ən yaxşı futbolçusu seçildi.

Bu qarşılaşmadan sonra Kerem Portuqaliyanın məşhur qəzetlərindən A Bolada manşetlərə çıxdı.

Kerem üçün istifadə edilən ifadələr belə oldu:

“O, ‘Harry Potter’ olaraq tanınır və tez-tez cibindən sehr nömrələri çıxarır. Lakin “Benfica”ya gətirdiyi əsas dəyər təkcə bu deyil. Onu getdikcə daha da əvəzolunmaz edən şey, daim oyunun içində olması, müdafiə-hücum keçidlərində komanda yoldaşlarına həll yolları təqdim etməsidir. İstər sürət olsun (ki, bu, türkün halında zarafat deyil), istərsə də qapıya arxası dönük vəziyyətdə topu qəbul edib növbəti addımın nə olacağını bilməsi olsun. “Benfica”nın 4x4x2 sistemində Pavlidis ilə birlikdə oynadı, sonra Carrerasın çıxışı (Dahlın oyundan alınması) və öz dəyişiklikləri arasında bir neçə dəqiqə sol cinahda çıxış etdi. 4-cü dəqiqədə qol vursa da, əvvəl Dahlın ofsayt olduğu üçün sayılmadı. 40-cı dəqiqədə komandasının 4-cü qolunu vurdu və bu qol təsdiqləndi, həmçinin 5-ci qol üçün Belottiyə assist etdi. Əla bir gün idi.”

Aytac Mustafayeva