Kerem Aktürkoğlu Portuqaliyanı sarsıtdı
Bakı, 3 aprel, Tsport.az
Portuqaliya Premyer Liqasının 27-ci turunda Kerem Aktürkoğlu komandası “Benfica “nın “Farense” üzərində 3-2 hesablı qələbə qazandığı qarşılaşmada parladı.
Tsport.az xəbər verir ki, Kerem 7-ci və 54-cü dəqiqələrdə iki dəfə rəqib qapısını silkələyib, 23-cü dəqiqədə isə Pavlidisin qolunda asist edib. Türkiyəli milli futbolçunun bu çıxışı Portuqaliyada böyük əks-səda doğurdu.
A Bola nəşrində yer alan xəbərdə Kerem Aktürkoğlu haqqında “Harry Potter-in əsası kölgələri işıqdan uzaqlaşdırdı” başlığı istifadə edilib.
Bundan əlavə, xəbərdə qeyd olunub: “Mövsümə möhtəşəm başlanğıc edən türkiyəli futbolçu, bir müddət fasilədən sonra mükəmməl bir oyun keçirdi. Soyuqqanlı şəkildə 2 qol vurdu. Bununla yanaşı, Kerem bir də asist etdi.”
Keremin bu mövsümdəki performansı;
Kerem Aktürkoğlu bu mövsüm “Benfica”ilə 47 oyuna çıxıb. Türkiyəli ulduz bu qarşılaşmalarda 16 qol vurub və 12 asist edərək ümumilikdə 28 qola birbaşa töhfə verməyi bacarıb.
Aytac Mustafayeva