Kerem Demirbay “Beşiktaş”a transfer olur?
Bakı, 7 iyun , Tsport.az
“Galatasaray“da bu mövsüm istədiyi qədər forma şansı tapa bilməyən Kerem Demirbayın komandadan ayrılması gündəmdədir. 31 yaşlı yarımmüdafiəçi üçün həm Türkiyədən, həm də xaricdən maraqlanan klublar olsa da, gözlənilməz bir transfer ehtimalı ortaya çıxıb.
Tsport.az xəbər verir ki, Kerem Demirbay “Beşiktaş”a təklif edilib. İstanbul təmsilçisi bu transferi dəyərləndirməyə alıb. Lakin keçidin baş tutması üçün futbolçunun öncə “Galatasaray”la olan müqavilə məsələsini həll etməsi lazımdır. Hələlik rəsmi razılaşma əldə olunmayıb.
Kerem Demirbayın “Galatasaray”la müqaviləsi son ilinə daxil olub. “Beşiktaş”ın mərkəzdə güclənmək istədiyi və bu transferi reallaşdırmaq üçün addımlar atdığı bildirilir. Transferlə bağlı yeni detallar yaxın günlərdə bəlli olacaq.