Dünya Futbolu

Kevin De Bruyne “Napoli”də parlayır

Bakı, 15 oktyabr, Tsport.az

Belçikalı ulduz Kevin De Bruyne “Napoli”də möhtəşəm mövsüm keçirir.

Tsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu yay “Manchester City”dən ayrıldıqdan sonra İtaliya klubunda sərbəst agent kimi karyerasını davam etdirir və yüksək performansı ilə diqqət çəkir.

De Bruyne yayda müqaviləsinin başa çatmasının ardından “Napoli”yə keçmişdi. O, “City”də 16 titul qazanmasına baxmayaraq, klubun onu saxlamaq planı olmayıb.
Futbolçu isə o vaxt demişdi: “Məni təəccübləndirdi, amma qəbul etməli oldum. Hələ də yüksək səviyyədə oynaya biləcəyimə inanırdım.”

Hazırda onun çıxışı İtaliya mətbuatı tərəfindən “əfsanəvi səviyyə” kimi dəyərləndirilir.