Kevin De Bruyne-yə Premyer Liqadan sürpriz təklif
Bakı, 24 aprel, Tsport.az
Mövsümün sonunda “Manchester City”dən ayrılması gözlənilən Kevin De Bruyneyə İngiltərədən yeni təklif gəlib.
Tsport.az xəbər verir ki, “Aston Villa” belçikalı ulduzun transferi üçün ciddi addımlar atmağa başlayıb. Klub rəhbərliyi artıq De Bruyne ilə bağlı ilkin təklif hazırlayıb və yaxın günlərdə tərəflər arasında danışıqların başlanacağı gözlənilir.
Təcrübəli yarımmüdafiəçiyə MLS təmsilçiləri də maraq göstərir. Lakin ulduz futbolçu hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.
32 yaşlı oyunçu bu mövsüm zədə səbəbindən bir sıra görüşləri buraxsa da, meydanda olduğu anlarda “City”nin əsas liderlərindən biri kimi çıxış edib.