Dünya Futbolu

Kevin Müller huşunu itirdi

Bakı, 3 may, Tsport.az

Almaniya Bundesliqasının 32-ci turunda “Bochum”a qarşı keçirilən matç “Heidenheim” üçün ciddi itki ilə yadda qalıb. Komandanın əsas qapıçısı Kevin Müller qarşılaşma zamanı ağır zədə alıb.

Tsport.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Müller rəqib futbolçu Ibrahima Sissoko ilə toqquşduqdan sonra huşunu itirib və təcili olaraq xəstəxanaya aparılıb. Müayinələr nəticəsində 34 yaşlı qolkiperin beyin silkələnməsi keçirdiyi müəyyən olunub.

Hazırda Müllerin yaşıl meydanlardan nə qədər müddətlik uzaq qalacağı açıqlanmayıb. Qeyd edək ki, o, 2015-ci ildən bəri “Heidenheim” klubunun heyətində çıxış edir.