Klublararası dünya çempionatının vaxtı bəlli olub
Bakı, 13 iyul, Tsport.az
ABŞ-da keçirilən klublararası dünya çempionatının final matçı yaxınlaşır. Son oyun günü Fransanın “Paris Saint-Germain” (PSG) komandası İngiltərənin “Chelsea” komandası ilə qarşılaşacaq.
Tsport.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, cari mövsümdə “PSG” UEFA Çempionlar Liqasının qalibi adını qazanmışdı, “Chelsea” isə Konfrans Liqasının çempionu olub.