-->
Digər

Kobi Bryantın ilk forması 7 milyon dollar qazandı

Bakı, 26 aprel, Tsport.az

2020-ci ildə baş vermiş faciəvi helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birgə həyatını itirən əfsanəvi NBA ulduzu, “Mürəkkəb Saray” təmsilçisi – “Qızılı Purpur”un keçmiş simvolu Kobi Bryantın ilk dəfə geyindiyi forma rekord məbləğə hərracda satılıb.

Tsport.az xarici mediaya istinadən xəbər verir ki, məşhur “Sotheby’s” hərrac evində satışa çıxarılan bu simvolik idman köynəyi 7 milyon ABŞ dolları qarşılığında yeni sahibini tapıb.

Kobi bu əfsanəvi formanı 1996/97 mövsümündə, cəmi 18 yaşında, NBA səhnəsinə ilk dəfə qədəm qoyduğu matçda geyinmişdi. Həmin qarşılaşmada cəmi 6 dəqiqə meydanda qalsa da, tarixə düşəcək bir yolun başlanğıcını qoymuşdu.

Qeyd olunur ki, bu forma, qiymət baxımından yalnız beysbol tarixinə damğa vuran Beyb Rut, basketbolun kralı Maykl Cordan və futbolun tangolu sehrbazı Dieqo Maradonanın formalarından geri qalır. Beləcə, Kobi Brayantın tarixi köynəyi dünya idman tarixində dördüncü ən dəyərli idman geyimi olaraq yerini alıb.