Azərbaycan FutboluDünya Futbolu

“Kopenhagen”in baş məşqçisi: “Qarabağ” bura gəlmək üçün uzun yol qət edib”

Bakı, 30 sentyabr, Tsport.az 

Bunu “Kopenhagen“in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ“a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Tsport.az xəbər verir ki,O bildirib ki, “Qarabağ” bura gəlmək üçün uzun yol qət edib:

“Çox güclü oyunçuları var. Klub çox gözəl ötürmələr edir. Mən fikirləşirəm ki, onlar Avropada oynamağa alışıblar”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.