Digər

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib

Bakı, 31 avqust  , Tsport.az

Avqustun 31-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük FederasiyasıBakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.

Tsport.az xəbər verir ki, Su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub. Yarışda ölkəmizin müxtəlif rayon və şəhərlərindən ümumilikdə 288 nəfər üzüb, onlardan 273-ü finişə çatıb.

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev də startdan finişədək üzüblər.

Bu açıq suda sayca 5-ci yarışdır. İlk dəfə Bakıda “Xəzər dalğası” adı ilə 2022-ci ildə keçirilib. Yarış “Kürü keçək?!” adı ilə 4-cü dəfədir Mingəçevirdə, Kür sahilində təşkil edilir.

Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılar olublar:

12-17 yaş (qızlar)

  1. Anastasiya Qnussina
  2. ⁠Zəhra Cavadzadə
  3. Anastasiya Boborokina

12-17 yaş (oğlanlar)

  1. Süleyman İsmayılzadə
  2. ⁠Oktay Hüseynov
  3. ⁠Əli Rzazadə

18-23 yaş (qızlar)

  1. Leyla Abduləzizova
  2. ⁠Milana Xəlilova
  3. ⁠İlkanə Mirzəyeva

18-23 yaş (oğlanlar)

  1. Tural Atakişiyev
  2. ⁠Hüseyn Məmmədov
  3. ⁠Cəmil İmanov

24-35 yaş (qızlar)

  1. Tubu Abdulzadə
  2. ⁠Gültəkin Kərimova
  3. ⁠Mələkxanım Əhmədzadə

24-35 yaş (oğlanlar)

  1. Cəfər Məmmədov
  2. ⁠Hüseyn İsmayıllı
  3. ⁠Ruslan Hətəmxanov

36-55 yaş (qadınlar)

  1. Yelena Dubentsova
  2. ⁠Yevgeniya Kzemanovska
  3. ⁠Yuliya Kuzmina

36-55 yaş (kişilər)

  1. Serdar İnan
  2. ⁠Denis Novatorjin
  3. ⁠Roman Vladika

56-70 yaş (qadınlar)

  1. Alyona Tunçenko

56-70 yaş (kişilər)

  1. Petr Kuvsinov
  2. ⁠Mak Koqanov
  3. ⁠Azər Babayev

70 yaşdan yuxarı (qadınlar)

  1. Novotorina Veronika

70 yaşdan yuxarı (kişilər)

  1. Vaqif Nəsibov
  2. ⁠Akif Qaryağdı

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev, gənclər və idman nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, ASF-nin vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.