Kyle Walker-Peters “West Ham”da
Bakı, 20 iyul , Tsport.az
İngiltərə Premyer Liqasının “West Ham United” klubu ingilis futbolçu Kyle Walker-Petersi transfer edib.
Tsport.az xəbər verir ki, sərbəst agent statusunda olan Walker-Peters ilə 3 illik müqavilə imzalanıb.
Karyerasına “Tottenham“da başlayan 28 yaşlı sağ cinah müdafiəçisi 2020-ci ildə “Southampton”a keçmişdi.
“Beşiktaş”a transferi gündəmdə olan Walker-Peters, ötən mövsümün sonunda müqaviləsinin bitməsi ilə komandadan ayrılmışdı.
İngilis futbolçu “Southampton” karyerası ərzində 202 oyunda meydana çıxıb və 7 qol vurub.