Kyle Walker rəsmən “Burnley”də
Bakı, 5 iyul , Tsport.az
“Manchester City” klubunun təcrübəli müdafiəçisi Kyle Walker, rəsmi olaraq “Burnley“ə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tsport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə transfer detallarına dair açıqlama verilməsə də, Manchester City öz bəyanatında Walker-ə keçmiş xidmətlərinə görə təşəkkür edib və ona yeni mərhələdə uğurlar arzulayıb.
Kyle Walker 2017-ci ildən Manchester City klubunun formasını geyinirdi. O, bu müddət ərzində 6 dəfə Premier League çempionluğu, 2 dəfə FA Cup, 4 dəfə EFL Cup, 1 dəfə UEFA Champions League və UEFA Super Cup daxil olmaqla bir sıra titulların qalibi olub.