Kylian Mbappe Azərbaycanla oyunda zədələndi
Bakı, 11 oktyabr, Tsport.az
Fransa millisinin və “Real Madrid”in hücumçusu Kylian Mbappe, DÇ-2026 seçmə mərhələsində Azərbaycan yığması ilə oyunda zədə alıb.
Tsport.az xəbər verir ki, futbolçuda ayaq biləyi zədəsi diaqnozu qoyulub.
Fransa Futbol Federasiyasının açıqlamasına görə, Mbappe oktyabrın 13-də İslandiya ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək və bərpa prosesi üçün Madridə qayıdacaq.
Qeyd edək ki, Fransa millisi Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.