Kylian Mbappe: “Azərbaycanla oyunda iştirak etmək istəyirəm”
Bakı, 9 oktyabr, Tsport.az
Fransa millisinin və “Real Madrid”-in hücumçusu Kylian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçiriləcək matçda oynamaq istədiyini açıqlayıb.
Tsport.az xəbər verir ki, 27 yaşlı futbolçu mətbuat konfransında deyib:
“Azərbaycana qarşı görüş İslandiya ilə oyundan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Azərbaycanla oyuna ciddi yanaşmalı və qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da buna qarşı deyil. Özümü yaxşı hiss edirəm.”
Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Parc des Princes” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.