Kylian Mbappe “Barcelona”ya qarşı oynamıyacaq
Bakı, 26 aprel, Tsport.az
Madrid nəhəngi “Kral Klubunun” ulduz hücumçusu Kylian Mbappe, İspaniya Kubokunun həlledici qarşılaşmasında “Kataloniya təmsilçisi”nə qarşı keçiriləcək görüşdə forma geyinə bilməyəcək.
Tsport.az xəbər verir ki, 25 yaşlı fransız forvard, tam olaraq zədəsini sağaltmadığı üçün bu dəfəki El-Klasikoda komandasını meydanda təmsil etməyəcək.
Qarşı tərəfin heyətində isə əsas qol ümidi, polşalı snayper Robert Levandovski eyni səbəbdən finalda iştirak edə bilməyəcək.
İspaniya Kubokunun həyəcan dolu final görüşü bu gecə saat 00:00-da başlayacaq.