Dünya Futbolu

Kylian Mbappé “Getafe”yə qarşı meydana çıxacaq

Bakı, 18 oktyabr, Tsport.az

La Liganın lideri “Real Madrid” bu bazar günü “Getafe” ilə qarşılaşmada ulduz hücumçu Kylian Mbappé-dən yararlana biləcək.

Tsport.az xəbər verir ki, bu barədə baş məşqçi Xabi Alonso məlumat verib.

“Milli komandadan qayıdan bütün futbolçular hazırdır, yalnız Dean Huijsen iki gün məşq edə bilməyib. Mbappénin topuğunda problem yoxdur, o, heyətdə olacaq və oynaya biləcək,” – deyə Alonso bildirib.

Fransa millisinin üzvü Mbappé (93 oyun, 53 qol) oktyabrın 10-da Azərbaycanla matçda (3:0) qol vurduqdan sonra topuğundakı ağrı səbəbindən ikinci qarşılaşmanı – İslandiyaya qarşı oyunu (2:2) buraxmışdı.

O, həmçinin 4 oktyabrda “Villarreal”a qarşı görüşdə (3:1) də ehtiyat oyunçular skamyasında yer almışdı.