Dünya Futbolu

Kylian Mbappé iştirak ərizəsinə daxil edilməyib

Bakı, 22 aprel, Tsport.az

“Real Madrid”in hücumçusu Kylian Mbappé, La Liqanın XXXIII turunda “Xetafe” ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Tsport.az xəbər verir ki, Fransa millisinin üzvü topuğundakı zədə səbəbindən qarşılaşmanın iştirak ərizəsindən çıxarılıb.

Mbappé əvvəlki turda da “Atletik” ilə matçda meydana çıxmamışdı. “Xetafe” – “Real Madrid” oyunu isə 23 aprel tarixində baş tutacaq.