Dünya Futbolu

Azərbaycan Kubokunda mövsümün ilk hakim təyinatları müəyyənləşdi

Bakı, 6 oktyabr, Tsport.az

Fransa yığmasının ulduz hücumçusu Kylian Mbappé zədəli olmasına baxmayaraq, milli komandanın düşərgəsinə qoşulmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, futbolçunun sağ topuğundakı problem son günlərdə daha da ağırlaşıb. Buna baxmayaraq, Mbappé yığmaya kömək etmək niyyətindədir.

Onun klubu “Real Madrid” isə bu qərarla razı deyil və 25 yaşlı forvardın tam sağalması üçün Madriddə qalmasını tələb edir.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycan, 13-də isə İslandiya yığması ilə qarşılaşacaq.