“Kəpəz”in yeni sponsoru Unibank oldu
Bakı, 22 iyul , Tsport.az
“Kəpəz” Futbol Klubunun yeni baş sponsorunun adı açıqlanıb.
Tsport.az xəbər verir ki, bu, “Unibank” olub.
Bankın yaydığı məlumatda deyilir:
“Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi – “Kəpəz” Futbol Klubunun sponsoru oldu!
Bu sadəcə bir klub dəstəyi deyil – bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir” – deyə məlumatda bildirilir.