Dünya Futbolu

La Liqa: “Las Palmas” səfərdə məğlub oldu

Bakı, 23 aprel, Tsport.az

İspaniya La Liqasının 33-cü həftəsində günün növbəti qarşılaşması baş tutub.

Tsport.az xəbər verir ki, “Athletic” və “Las Palmas” komandaları üz-üzə gəliblər.

San Mamés Stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yegənə qoluna 55-ci dəqiqədə “Athletic” komandasının futbolçusu I. Williams imza atıb.

Hazırda “Athletic Bilbao” La Liqa cədvəlində 60 xalla 4-cü yerdə, “Las Palmas” isə 32 xalla 17-ci yerdə qərarlaşıb.