La Liqada ayın ən yaxşı məşqçisi müəyyən olub
Bakı, 24 mart, Tsport.az
“Barcelona”nın baş məşqçisi Hans-Dieter Flick İspaniya çempionatında mart ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Tsport.az xəbər verir ki, katalon klubunun rəhbərliyi altında komanda mart ayında La Liqada iki oyun keçirib və hər ikisində qalib gəlib.
Hazırda “Barcelona” 28 turdan sonra 60 xalla turnir cədvəlinə liderlik edir.