Basketbol

“Lakers”dan müdafiəyə əhəmiyyətli transfer

Bakı, 21 iyul , Tsport.az 

“Los-Anceles Lakers” yeni mövsüm üçün əhəmiyyətli transfer reallaşdırıb. 2022-ci ilin ən yaxşı müdafiəçisi seçilən Marcus Smart “Lakers” ilə anlaşıb.

Tsport.az xəbər verir ki, “NBA“in köklü komandalarından “Los-Anceles Lakers” heyətinə strateji əlavə edib.

Washington Wizards ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən Marcus Smart “Los-Anceles Lakers” ilə razılaşıb. 31 yaşlı oyunçunun “Lakers” ilə 2 illik, 11 milyon dollar dəyərində müqavilə imzalayacağı bildirilir.

Marcus Smart 2022-ci ildə “Boston Celtics” forması geyinərkən ilin ən yaxşı müdafiəçisi seçilmişdi. Smartın “Lakers”da ötən mövsüm böyük problemə çevrilən müdafiə zəifliyinə əhəmiyyətli həll yolu təqdim edəcəyi gözlənilir.