Lamine Yamal dünyada ayın ən yaxşı futbolçusu seçildi
Bakı, 4 may, Tsport.az
İspaniyanın “Barcelona” klubunun gənc ulduzu Lamine Yamal dünya üzrə aprel ayının ən yaxşı futbolçusu adına layiq görülüb.
Tsport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi açıqlama yayıb.
17 yaşlı vinger reytinq cədvəlində birinci yeri tutub. Onun komanda yoldaşı Raphinha ikinci, Fransa təmsilçisi “Paris Saint-Germain”in futbolçusu Ousmane Dembélé isə üçüncü olub.
Yamal ötən ay “Barcelona”nın heyətində 9 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun bazar dəyəri 180 milyon avro səviyyəsində qiymətləndirilir.