Dünya Futbolu

Lamine Yamal tarix yazdı

Bakı, 24 sentyabr, Tsport.az

2025-ci il üçün keçirilən “Ballon d’Or” mükafatlandırma mərasimində ilin ən yaxşı gənc futbolçusuna verilən Kopa Trophynin qalibi müəyyənləşib.

Mükafatlandırma mərasimində namizədlər arasında Türkiyə millisinin futbolçusu Kenan Yıldız da yer alıb. Ancaq qalib adını “Barcelona”nın gənc ulduzu Lamine Yamal qazanıb. Cəmi 18 yaşında olan Yamal, bu mükafatı ardıcıl ikinci dəfə qazanan tarixdə ilk futbolçu olub.

Türkiyə millisinin üzvü Kenan Yıldız isə səsvermənin nəticəsinə görə 5-ci pillədə qərarlaşıb.

İlk “10-luq” belə formalaşıb:

1. Lamine Yamal (Barcelona)

2. Desire Doue (PSG)

3. Joao Neves (PSG)

4. Estevao (Chelsea)

5. Kenan Yıldız (Juventus)

6. Dean Huijsen (Real Madrid)

7. Pau Cubarsi (Barcelona)

8. Rodrigo Mora (Porto)

9. Ayyoub Bouaddi (Lille)

10. Myles Lewis-Skelly (Arsenal)