Azərbaycan Futbolu

Lamine Yamal üçün astronomik təklif

Bakı, 12 aprel, Tsport.az

Səudiyyə Ərəbistanından olan bir klub, “Barcelona”nın 17 yaşlı istedadı Lamine Yamal üçün 400 milyon avro dəyərində transfer təklifi hazırlayıb.

Tsport.az xəbər verir ki, klubun adı açıqlanmasa da, “Barcelona” rəhbərliyi bu astronomik təklifi rədd etməkdə maraqlı deyil. Blaugrana, Lamine Yamalı satmaq istəməsə də, ciddi maliyyə çətinlikləri fonunda bu keçidə razılıq vermək məcburiyyətində qala bilər.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Yamalın klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, bu mövsüm “Barcelona” forması ilə 43 oyuna çıxaraq 14 qol və 21 asistlə yadda qalıb.