Dünya Futbolu

Lamine Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

Bakı, 7 may, Tsport.az

“Barcelona” klubunun gənc hücumçusu Lamine Yamal, UEFA Çempionlar Liqasında tarixə düşüb.

Tsport.az xəbər verir ki, 16 yaşlı futbolçu bu turnirin pley-off mərhələsində 10 oyuna çıxan ilk 18 yaşadək oyunçu olub.

Yamal son olaraq “Inter”lə keçirilən və əlavə vaxtda 3:4 hesabıyla uduzduqları yarımfinal cavab matçında da forma geyinərək bu nailiyyəti rəsmiləşdirib. İlk oyunda (3:3) olduğu kimi, cavab görüşündə də komandasına dəstək olan hücumçu üçün bu çıxış əlamətdar hadisə ilə yadda qalıb.

“Barcelona” hər iki matçın cəmi nəticəsinə görə turnirlə vidalaşsa da, Lamine Yamal bu rekordu ilə Çempionlar Liqasının tarixinə adını yazdırdı.