Lamine Yamal yeni uğura imza atıb
Bakı, 10 aprel, Tsport.az
“Barcelona”nın futbolçusu Lamine Yamal, yeni bir uğura imza atıb.
Tsport.az xəbər verir ki, ispaniyalı gənc futbolçu, Çempionlar Liqasına 18 yaşını tamamlamadan 20 matç keçirən ilk futbolçu olub. Bu performansı ilə Yamal, turnirdə yeni bir rekord qırıb.
Bu mövsüm Lamine Yamal, “Barcelona”da bütün turnirlərdə 43 matçda iştirak edib, 14 qol vurub və 20 məhsuldar ötürmə edib. Gənc futbolçunun bu statistikasının onu daha da parlaq bir gələcəyə doğru apardığı gözlənilir.
Qeyd edək ki, Yamala bu uğura “Barcelona” “Borussia Dortmund” oyunu zamanı nail olub.