Landau Şahmat Festivalı başa çatdı
Bakı, 23 iyun , Tsport.az
Bakı şəhərində keçirilən və artıq ənənəyə çevrilən LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “LANDAU School” Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə ölkənin müxtəlif bölgələrindən 150 yeniyetmə şahmatçı iştirak edib.
Tsport.az xəbər verir ki, müxtəlif yaş kateqoriyalarında keçirilən yarışlarda Ziya Qubatov, Yusif Əhədzadə və Mikayıl Hüseynov birinci yeri tutaraq festivalın qalibləri olublar. Daniel Konovalov, Fatimə Abdulova və Nurlan Qənizadə ikinci, Vüqar Əlizadə, Mehin Məstiyeva və Mətin Bəkirli isə üçüncü yeri qazanıblar.
Qızlar arasında ən yaxşı nəticə göstərən Banu Məmmədzadə, Əsra Baxışova və Xədicə Seyidli xüsusi mükafatla təltif olunublar.
Komanda yarışlarında isə 3 nömrəli şahmat məktəbi birinciliyə sahib çıxıb. “Chess Klub” və 4 nömrəli şahmat məktəbi isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.