Latviya millisinin sabiq üzvü Andrey Prohkrenkov vəfat edib
Bakı, 2 may, Tsport.az
Latviya millisinin keçmiş futbolçusu Andrey Prohkrenkov 48 yaşında dünyasını dəyişib.
Tsport.az yerli mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçiyə ötən ilin sonunda bədxassəli şiş diaqnozu qoyulmuşdu. Müalicəsinin davamı üçün Almaniyada yerləşən klinikaya yerləşdirilmişdi, lakin səhhətindəki ağırlaşmalar səbəbindən həyatını xilas etmək mümkün olmayıb.
Andrey Prohkrenkov milli komandanın heyətində 2004-cü ildə keçirilən Avropa çempionatında iştirak edib və 3 oyunda meydana çıxıb.