Dünya Futbolu

Lautaro Martinez “Barcelona” ilə cavab oyununu buraxa bilər

Bakı, 3 may, Tsport.az

İtaliyanın “Inter” klubunun hücumçusu Lautaro Martínez, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyə bilər.

Tsport.az xəbər verir ki, argentinalı futbolçu, ilk qarşılaşmada (3:3) zədələndiyi üçün növbəti görüşdə meydana çıxmamaq təhlükəsi ilə üzləşib. Müayinədən sonra 27 yaşlı oyunçuya sol ombasında əzələlərin gərginliyi və əyilmə nəticəsində zədə diaqnozu qoyulub.

Bu mövsüm 47 matçda 21 qol vuran Lautaro Martínez, həm “Inter”in, həm də Çempionlar Liqasındakı mübarizənin mühüm simalarından biridir. “Inter” ilə “Barselona” arasındakı cavab matçı mayın 6-da keçiriləcək.