Lautaro Martinez Çempionlar Liqasındakı Rekordunu Təkrarladı
Bakı, 7 may, Tsport.az
İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martinez UEFA Çempionlar Liqasında yeni bir uğura imza atıb.
Tsport.az xəbər verir ki,27 yaşlı argentinalı forvard, bu mövsüm 9-cu qolunu vuraraq, 2002/2003 mövsümündə “Milan”ın sabiq futbolçusu Ernan Kresponun rekordunu təkrarlayıb.
Martines bu qolu UEFA Çempionlar Liqasının həlledici mərhələsində vurub və artıq turnirin bombardirləri siyahısında 5-ci sırada yer alır. Siyahıya 13 qolla Seru Girassi (“Borussiya”, Almaniya) başçılıq edir.
Lautaro Martinezin bu mövsümdəki performansı, onun gələcəkdə daha çox qol vuraraq bu rekordu üstələmək potensialını ortaya qoyur.