Dünya Futbolu

“Lazio” azarkeşlərindən etiraz aksiyası

Bakı, 16 iyul, Tsport.az

İtaliya A Seriyası təmsilçisi “SS Lazio“nun azarkeşləri klub rəhbərliyinə qarşı kütləvi etiraz aksiyası keçiriblər.

Tsport.az xəbər verir ki, bu barədə Corriere della Sera nəşri məlumat yayıb. Bildirilir ki, Romada təşkil olunan yürüşdə klubun prezidenti Claudio Lotitoya qarşı narazılıqlar səsləndirilib. Etiraza qoşulanların sayı 8 minə yaxın olub.

Azarkeşlər Lotito əleyhinə mesajların yer aldığı bannerlər ilə yürüşü daha da təsirli ediblər. Onlar klubun idarəetmə siyasətindən və transfer strategiyasından narazı olduqlarını nümayiş etdirmək üçün şəhər küçələrinə çıxıblar.

Aksiyanın gedişində “Lazio” azarkeşlərindən ibarət nümayəndə heyəti Romadakı tədbirlər, idman, turizm və moda üzrə müşavir Alessandro Onorato ilə görüş keçirərək mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Lazio” ötən mövsüm A Seriyasında 4-cü yerdə qərarlaşıb və avrokuboklara vəsiqə qazanıb.