Leandro Andrade 100-cü oyununu keçirib
Bakı, 7 aprel, Tsport.az
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade, Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Tsport.az xəbər verir ki, 25 yaşlı kabo-verdeli futbolçu, Misli Premyer Liqasının XXIX turunda “Zirə” ilə ev matçına start heyətində çıxıb. Andrade bu müddət ərzində 100 oyunda 32 qol vurub.
Oyunçu, Premyer Liqada 2021/22 mövsümündə debüt edib. İlk oyunu 2022-ci ilin fevralında “Neftçi” ilə səfərdəki (2:1) matç olub.
Bu oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.