Leandro Trossard “Arsenal”dan ayrılacağını açıqladı
Bakı, 12 avqust, Tsport.az
Belçika milli komandasının üzvü Leandro Trossard İngiltərənin “Arsenal” klubundan bu yay ayrılacağını bildirib.
Tsport.az xəbər verir ki, 30 yaşlı hücumçu BBC Sport-a verdiyi açıqlamada bu qərarını təsdiqləyib. Onun “Arsenal”la olan mövcud müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Trossard 2023-cü ildən bəri Premyer Liqanın “Arsenal” klubunda oynayır və bu müddətdə 124 matçda 28 qol vuraraq, 23 məhsuldar ötürmə ilə komandaya dəstək olub.
Futbolçunun gələcək karyerası ilə bağlı addımları maraqla gözlənilir.