LeBron Jamesin sirli videosu basketbol dünyasında böyük maraq yaradıb
Bakı, 7 oktyabr, Tsport.az
NBA-nın əfsanəvi ulduzlarından biri hesab edilən LeBron James yayımladığı qısa və sirli video ilə basketbol dünyasında böyük maraq yaradıb.
Tsport.az xəbər verir ki, 39 yaşlı basketbolçu həftəsonu “çox vacib qərar” açıqlayacağını bildirib. ABŞ mətbuatı isə James-in bu mövsümün sonunda karyerasını başa vuracağını gözləyir.
James “Qərarların qərarı” adlandırdığı videoda şənbə günü yerli vaxtla saat 19:00-da açıqlama verəcəyini bildirib.
Dekabrda 41 yaşını qeyd edəcək ulduz basketbolçu hazırda NBA-də 23-cü mövsümünü keçirir. “Kral” ləqəbli LeBron bununla da liqada ən uzun müddət çıxış edən oyunçu titulunu ələ keçirəcək.
Bəzi iddialara görə, James-in açıqlayacağı qərar karyerasını bitirməklə yanaşı, böyük bir kommersiya əməkdaşlığı da ola bilər.
Qeyd edək ki, James-in çıxış etdiyi Los Angeles Lakers klubunun mövsümün son ev oyununa bilet satışları rekord həddə çatıb. 12 aprel tarixində keçiriləcək Lakers – Utah Jazz matçının ən ucuz bileti 750 dollara satılır.