Dünya Futbolu

“Leipzig” baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 31 mart, Tsport.az

RB Leipzig baş məşqçi Marco Rose ilə vidalaşıb.

Tsport.az xəbər verir ki, 2022-ci ilin sentyabrından komandaya rəhbərlik edən 48 yaşlı mütəxəssislə yollar ayrılıb.

Rose, RB Leipzig-lə 2022-2023 mövsümündə Almaniya Kuboku, 2023-2024 mövsümündə isə Almaniya Super Kubokunu qazanmışdı.
Lakin komanda hazırda Bundesligada 27 turdan sonra 42 xalla 6-cı pillədə qərarlaşıb və lider “Bayern München-dən 23 xal geridədir.