Dünya Futbolu

“Leipzig” Xavi Simonsun transferinə yaşıl işıq yandırdı

Bakı, 15 may, Tsport.az

“Leipzig”, niderlandlı yarımmüdafiəçi Xavi Simonsla yollarını ayırmağa hazırdır.

Tsport.az xəbər verir ki, klub rəhbərliyi 22 yaşlı futbolçunun satışından azı 80 milyon avro gəlir əldə etməyi planlaşdırır. Xavi Simons özü də yeni komandaya keçmək niyyətindədir.

2023/24 mövsümündə Bundesliqa çərçivəsində 24 oyunda 9 qol vuran və 7 məhsuldar ötürmə ilə yadda qalan Simons, Avropanın top klublarının maraq dairəsindədir.

Qeyd edək ki, futbolçu “Paris Saint-Germain” klubuna məxsusdur və “Leipzig”də icarə əsasında çıxış edir. Onun gələcək taleyinin yaxın həftələrdə dəqiqləşəcəyi gözlənilir.