Dünya Futbolu

Leonardo Bonucci “Juventus”a qayıtmağa hazırlaşır

Bakı, 16 may, Tsport.az

İtaliya futbolunun əfsanəvi müdafiəçisi Leonardo Bonucci, uzun illər çıxış etdiyi “Juventus” klubuna məşqçi kimi qayıtmaq niyyətindədir.

Tsport.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu klubla ilkin danışıqlara başlayıb. Bonucci ya akademiyada çalışa, ya da əsas komandanın məşqçilər korpusuna qoşula bilər.

Qeyd edək ki, Leonardo Bonucci 2023-cü ildə “Juventus”dan ayrılıb və bir il sonra peşəkar futbolçu karyerasını başa vurub. Hazırda o, İtaliya U-21 yığmasında köməkçi məşqçi vəzifəsində çalışır.