Dünya Futbolu

Lewandowski “El-Clasico”nu buraxa bilər

Bakı, 15 oktyabr, Tsport.az

“Barcelona”nın hücumçusu Robert Lewandowski zədələnib.

Tsport.az xəbər verir ki, 37 yaşlı futbolçu Polşa millisinin Litvanyanı 2:0 hesabı ilə məğlub etdiyi oyunda hamstring (bud əzələsi) zədəsi alıb.

Təcrübəli hücumçu La Liqanın növbəti turunda “Girona”ya qarşı, həmçinin Çempionlar Liqasında “Olimpiakos”la görüşdə iştirak etməyəcək.
Onun “Real Madrid”lə 26 oktyabrda keçiriləcək “El-Clasico”da da oynamayacağı ehtimal olunur.

Lewandowski bu mövsüm “Barcelona” formasıyla 9 oyunda 4 qol vurub.