Dünya Futbolu

Lewandowskinin 3 fərqli klubla qol rekordu

Bakı, 10 aprel, Tsport.az

Barcelonanın hücumçusu Robert Lewandowski, UEFA Çempionlar Liqasında daha bir ilkə imza atıb.

Tsport.az xəbər verir ki, 36 yaşlı polşalı forvard “Borussia Dortmund” ilə keçirilən qarşılaşmada (4:0) dubl edərək cari mövsümdə turnirdəki qol sayını 11-ə yüksəldib.

Bununla da Lewandowski, Çempionlar Liqası tarixində üç fərqli klub – “Borussia Dortmund”, “Bayern Munich” və “Barcelona” ilə bir mövsümdə 10 və ya daha çox qol vuran ilk futbolçu olub.

Təcrübəli forvardın bu uğuru onu turnirin tarixinə yazdı.