Dünya Futbolu

Liam Delap-a Premyer Liqa nəhənglərindən təklif

Bakı, 8 may, Tsport.az

İngiltərə çempionatında diqqətləri üzərinə çəkən gənc hücumçu Liam Delap yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Tsport.az xəbər verir ki, “Ipswich Town”da çıxış edən 22 yaşlı futbolçuya Premyer Liqanın iki nəhəng klubu – “Arsenal” və “Chelsea” tərəfindən maraq göstərilib.

“Topçular” artıq Delap üçün rəsmi təklif göndərib. “Blues” isə vəziyyəti yaxından izləyir və futbolçunu transfer siyahısında saxlayır.

Cari mövsümdə Premyer Liqada 34 oyuna çıxan Liam Delap 12 qol və 2 assistlə yadda qalıb. “Transfermarkt” onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir. Gənc hücumçu yaxın gələcəkdə böyük bir kluba transfer olmağa çox yaxın görünür.