Dünya Futbolu

“Lille”dən Alexander Djiku üçün rəsmi təklif!

Bakı, 24 avqust  , Tsport.az

“Fenerbahçe”də ayrılığı gündəmdə olan Alexander Djikuya Fransadan maraq olub.

Tsport.az xəbər verir ki, Yağız Sabuncuoğlunun məlumatına görə, “Lille”, sarı-lacivertlilərin 31 yaşlı qanalı müdafiəçisi üçün rəsmi təklif irəli sürüb.

“Fenerbahçe” ilə 1 illik müqaviləsi qalan Djikunun 6,5 milyon avro bazar dəyəri var.

2023 yay transfer dönəmində “Strasbourg”dan transfer olunan təcrübəli futbolçu, sarı-lacivertli forma ilə 75 oyuna çıxıb. Qanalı oyunçu bu qarşılaşmalarda 4 qol vurub, 2 qol pası verib.