Lionel Messi Argentina millisinə dəvət alıb
Bakı, 16 may, Tsport.az
2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Çili və Kolumbiya ilə keçiriləcək oyunlar üçün Lionel Messi Argentina millisinə çağırılıb.
tsport.az xəbər verir ki, Messi “İnter Miami”nin futbolçusu olaraq zədəsini sağaldıb və növbəti rəsmi oyunlarda millinin heyətində iştirak edəcək. Argentina milli komandası Çili ilə 4 iyun, Kolumbiya ilə isə 7 iyun tarixlərində qarşılaşacaq.
Messi, bu seçmə mərhələnin əvvəlində Uruqvay və Braziliya ilə keçirilən oyunları zədə səbəbindən buraxmışdı. Lakin hazırda zədəsini sağaldıb və milliyə qayıdacaq.
2025-ci ildə Messi, “İnter Miami” ilə 16 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Hələlik, 2025-ci ildə Argentina millisi ilə rəsmi oyunlara çıxmayıb.